İDMAN
ÖLKƏ FUTBOL ÇEMPİONATININ BİRİNCİ DÖVRƏSİBAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də keçirilən üç oyunla XIV ölkə futbol çempionatının birinci dövrəsinə yekun vurulmuşdur.
Dörd oyun dalbadal qələbə qazana bilməyən sonuncu ölkə çempionu “Neftçi” bu turda “Xəzər - Lənkəran” komandasına 1:0 hesabı ilə qalib gəlmişdir. Həmin gün keçirilmiş digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Qarabağ” - “Gənclərbirliyi” 1:1, MOİK - “Gəncə” 0:3.
Xatırladaq ki, bu turda “Bakı”nın “İnter” üzərində 1:0 hesabı ilə qələbəsi
Yevlaxda “Olimpik”i eyni hesabla məğlub edən “Karvan”a çempionatın birinci dövrəsini 28 xalla lider kimi başa vurmağa imkan vermişdir. “Karvan”la eyni xal toplamış “İnter” ikinci, “Bakı” isə 26 xalla üçüncü pillədə qərarlaşmışlar.
Çempionatın ikinci dövrəsinə fevralın 11-də start veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]