İDMAN


ÖLKƏ FUTBOL ÇEMPİONATININ OYUNLARI KEÇİRİLƏCƏKDİR

AZƏRTAC xəbər verir ki, dekabrın 10-da XIV ölkə futbol çempionatının 12-ci turunun oyunlarına start veriləcəkdir.

Həmin gün 4 oyun olacaqdır: “İnter”-MOİK, “Gənclər birliyi”-“Şahdağ-Samur”, “Neftçi”-“Karvan”, “Olimpik”-“Bakı”. Dekabrın 11-də isə turun digər oyunları keçiriləcəkdir: “Gəncə”-“Göyəzən”, “MKT-Araz”-“Qarabağ”, “Turan”-“Xəzər-Lənkəran”.

Xatırladaq ki, hazırda turnir cədvəlinə 25 xalla “İnter” komandası başçılıq edir. “Karvan” 24 xalla ikinci, “Bakı” və “Neftçi” hərəyə 20 xalla müvafiq olaraq, 3-4-cü yerləri tuturlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.