İDMAN


ÖLKƏ FUTBOL ÇEMPİONATININ OYUNLARI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, XIV ölkə futbol çempionatının 12-ci turunun oyunları keçirilmişdir.

Nəticələr belədir: “İnter”-MOİK-3:0, “Gənclər birliyi”–“Şahdağ–Samur”-3:2, “Neftçi”–“Karvan”- 0:0, “Olimpik”-“Bakı”- 0:1, “Gəncə”-“Göyəzən” - 3:0, “MKT-Araz”-“Qarabağ” - 1:0, “Turan”-“Xəzər-Lənkəran” - 1:0.

Xatırladaq ki, hazırda “İnter” komandası 28 xalla turnir cədvəlinə başçılıq edir. “Karvan”ın 25, “Bakı”nın 23, “Turan”, “Gəncə” və “Nefçi”nin isə hərəyə 21 xalı var.

Çempionatın I dövrəsinin sonuncu turunun oyunları dekabrın 17-18-də keçiriləcəkdir. Bu turdan sonra komandalar arasında “transfer pəncərəsi” açılacaqdır. 2006-cı il fevralın 11-dək davam edəcək fasilə müddətində komandalar öz heyətində bir sıra dəyişikliklər etmək imkanına malik olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.