İQTİSADİYYAT
ÖLKƏ İQTİSADİYYATINA KREDİT QOYULUŞLARININHƏCMİ 12,4 FAİZ ARTMIŞDIR
Kreditlərin 2186,3 milyard manatı (74,8 faizi) qısamüddətli, 738,1 milyard manatı (25,2 faizi) isə uzunmüddətli kreditlərdir. Qısamüddətli kreditlərin 213 milyard manatı (9,7 faizi), uzunmüddətli kreditlərin isə 74,7 milyard manatı (10,1 faizi) vaxtı keçmiş kreditlərdir.
Dövlət bankları iqtisadiyyata 1272,5 milyard manat (43,5 faiz), özəl banklar 1312,8 milyard manat (44,9 faiz), qeyri-bank kredit təşkilatları 339,1 milyard manat (11,6 faiz) kredit ayırmışlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 358,2 milyard manat kredit yönəldilmişdir ki, bu da kredit qoyuluşlarının ümumi payının 12,3 faizini təşkil edir. 100 faizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 87 milyard manat kredit ayırmışlar.
Kreditlərin 1003,7 milyard manatı (34,3 faizi) milli valyuta ilə, 1920,7 milyard manatı (76,9 faizi) xarici valyuta ilə verilmişdir.
Kreditlərin 676 milyard manatı (23,1 faizi) dövlət sektoruna, 2248,4 milyard manatı (76,9 faizi) isə özəl sektora yönəldilmişdir.