İQTİSADİYYAT
ÖLKƏ İQTİSADİYYATINA KREDİT QOYULUŞUNUN HƏCMİ 28,4 FAİZ ARTMIŞDIR
Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına 3339,1 milyard manat kredit qoyulmuşdur. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,4 faiz çoxdur. Kredit qoyuluşunun 341,7 milyard manatı, yaxud 10,2 faizi vaxtı ötmüş kreditlərin payına düşür.
Dövlət bankları iqtisadiyyata 1456 milyard manat (43,6 faiz), özəl banklar 1524 milyard manat (45,6 faiz), qeyri-bank kredit təşkilatları 359,1 milyard manat (10,8 faiz) kredit qoymuşlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar Azərbaycan iqtisadiyyatına 488,6 milyard manat kredit qoymuşlar ki, bu da qoyulmuş kapitalın ümumi məbləğinin 14-16 faizini təşkil edir. Yüz faizli xarici kapitalla fəaliyyət göstərən banklar 105 milyard manat kredit vermişlər.
Kreditlərin 801,2 milyard manatı (24 faiz) dövlət sektoruna, 2537,9 milyard manatı (76 faiz) isə özəl sektora yönəldilmişdir.