Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ÖLKƏ İQTİSADİ FƏLAKƏT GÖZLƏYİRDİ Azərbaycanı labüd iflasdan nə xilas etdi

1993-cü ilin yazında Azərbaycanda təkcə daxili siyasi böhran deyil, iqtisadi böhran da fəlakətli həddə çatmışdı. Hələ 1989-cu ildə başlanmış geriləmə sonrakı illərdə ölkə iqtisadiyyatı üçün təhlükəli xarakter almışdı. Bunun səbəbi təkcə obyektiv hallarla – SSRİ-nin dağılması, əvvəlki mərkəzləşdirilmiş planlaşdırma sisteminin pozulması və mövcud iqtisadi əlaqələrin qırılması ilə bağlı deyildi.

Vahid AXUNDOV

Getdikcə genişlənən Qarabağ münaqişəsi, güclənməkdə və artıb vətəndaş müharibəsinə çevrilmək kimi real təhlükə doğuran daxili siyasi qarşıdurma, hakimiyyətdəkilərin səriştəsizliyi və dövləti idarə etmək qabiliyyətinin olmaması, bütün sahələrdə hökm sürən anarxiya və özbaşınalıq Azərbaycan iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Həyatın bütün sahələrini bürüyən tənəzzül təhlükəli miqyas almışdı. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsulun (ÜDM) həcmi hər il 5,7 faiz azalırdısa, sonrakı üç ildə bu göstəricinin aşağıdüşmə sürəti 3,8 dəfəyə çatmışdı! Sənaye və kənd təsərrüfatı istehsalının sürətlə tənəzzülü, ölkənin qızıl-valyuta ehtiyatlarının tükənməsi, inflyasiyanın ildə 1800-2000 faizə çatması nəticəsində əhalinin sosial vəziyyəti kəskin şəkildə pisləşirdi.

Ölkənin həyat qabiliyyəti üçün təhlükəli olan bütün bu prosesləri təkcə zəngin təcrübəyə və dünyada gedən prosesləri başa düşmək və qiymətləndirmək bacarığına deyil, həm də nəzərdə tutulan niyyətlərin hamısını həyata keçirmək üçün yenilməz iradəyə malik lider, rəbhər dayandıra bilərdi.

Beynəlxalq ekspertlərin etirafına görə, indi Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkədir. Bunu demək kifayətdir ki, başlıca iqtisadi göstərici olan ÜDM on ildə 21,2 faiz artaraq, 2002-ci ildə 29,6 trilyon manata çatmışdır. Lakin bundan heç də az inandırıcı olmayan başqa rəqəmlər də var.

Onlardan yalnız bir neçəsini misal gətirəcəyəm: Azərbaycanın valyuta ehtiyatı 50 dəfə artaraq, təxminən 1,5 milyard dollara çatmışdır, artıq neçə ildir inflyasiyanın illik artımı 2,5 faizi keçmir.

Bütün bu nailiyyətlərin əldə edilməsində Azərbaycan neftinin rolu çox böyükdür. 1994-cü ilin sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə əsrin müqaviləsinin imzalanması şelf yataqlarının geniş miqyasda işlənilməsinin bünövrəsini qoymuş və mühüm hadisəyə çevrilmişdir. Biz onu, haqlı olaraq, Azərbaycan üçün dönüş yaradan hadisə hesab edə bilərik. Lakin neft sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyəti nə qədər böyük olsa da, bütün bu illər ərzində ardıcıl surətdə köklü islahatlar aparılmasaydı, bugünkü nəticələr, bəlkə də, belə sanballı olmazdı.

Azərbaycan iqtisadi islahatlara digər MDB ölkələrindən bir qədər sonra başlamışdır. Belə ki, əvvəlcə 1993-cü ilədək yaranmış kəskin geriliyi aradan qaldırmaq lazım idi. Sabitləşməyə sərf edilmiş sonrakı iki il təsəvvürə gəlməz dərəcədə ağır olmuşdur. Amma bu məcburi ləngimənin də öz üstünlüyü vardı. O, düşünüb-daşınmağa, başqalarının səhvlərini nəzərə almaqla, ölkənin uzunmüddətli iqtisadi inkişafının strategiyasını hazırlamağa imkan verdi. Odur ki, biz köklü dəyişikliklərə ancaq 1996-cı ildə başladıq və əvvəlcə başqalarından geri qalsaq da, tezliklə çoxlarını ötüb keçə bildik.

Ötən illərdə həyatın, əslində, bütün sahələrində köklü dəyişikliklər baş vermişdir. Torpaq, bank, vergi islahatları aparıldı, xarici ticarət və valyuta tənzimlənməsi sərbəstləşdirildi, nəhayət, struktur dəyişikliklərinin əsas hissəsinə - özəlləşdirməyə başlandı. İndi ümumi daxili məhsulun təxminən 75 faizi özəl sektorun payına düşür.

Bu yeniliklərin bəzilərinin tətbiqində biz birinci olmuşuq və birinci olaraq qalırıq. İlk növbədə, söhbət torpağı kəndlilərin mülkiyyətinə verməyə imkan yaratmış aqrar islahatdan gedir. Nə demək olar, 1995-ci ildə qəbul edilmiş bu qərar heç də sadə bir qərar deyildi, onun həyata keçirilməsi də, təbii ki, çətinliklərsiz ötüşməmişdir. Lakin nəticələr də gözlənildiyindən xeyli yaxşı olmuşdur. Kənd təsərrüfatı istehsalının həcmi, - onun artımı elə sonrakı, 1996-cı ildə qeydə alınmışdır, - cəmi dörd ildə 1,5 dəfə çoxalmışdır. Özü də, ötən 2002-ci il bir çox göstəricilər üzrə, o cümlədən əvvəllər Azərbaycana, əslində, tamamilə kənardan gətirilən taxıl və kartof istehsalı üzrə rekord nəticələr ili olmuşdur.

Əlbəttə, neft əvvəlkitək ölkənin başlıca sərvəti, neft hasilatı isə xalq təsərrüfatının xarici sərmayəçilər üçün daha cəlbedici əsas sahəsi olaraq qalır. Karbohidrogen xammalının birgə işlənilməsinə dair ötən illərdə 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollar məbləğində uzunmüddətli müqavilələr imzalanmışdır. Lakin son 7 ildə ölkə iqtisadiyyatına qoyulmuş 9 milyard dollar xarici sərmayənin cəmi 5,7 milyardı neft sektorunun payına düşür. Onun qalan 3,3 milyard dolları, yəni 37 faizi getdikcə böyük maraq doğuran qeyri-neft sahələrinə yönəldilmişdir.

Lakin bunlar hələ hamısı deyildir. İndiyədək biz xarici sərmayələrdən danışdıq. Ancaq məsələ ondadır ki, yerli sahibkarlar da ildən-ilə iqtisadi proseslərə yaxından qoşulurlar. Onların kapital qoyuluşunun həcmi bu gün üçün 3 milyard dollar – 25 faiz təşkil edir! Bu rəqəmlər də çox şey deyir.

Dövlətin həyata keçirdiyi dəyişikliklərə inam var. Azərbaycanın 10 il əvvəl qədəm qoyduğu iqtisadi inkişaf yolu artıq dönməzdir.

Müəllif iqtisadi siyasət üzrə dövlət müşaviridir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür