İDMAN
ÖLKƏ KUBOKUNUN SƏKKİZDƏ BİR FİNAL MƏRHƏLƏSİNİN CAVAB OYUNLARI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 19-20-də ölkə futbol kubokunun səkkizdə bir final mərhələsinin cavab görüşləri olacaqdır.
Bu mərhələ çərçivəsində keçirilən ilk oyunlarda gözlənilməz nəticələr qeydə alınmışdır. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” “Gənclərbirliyi” (Sumqayıt) qarşılaşması 2:1 hesabı ilə Sumqayıt futbolçularının qələbəsi ilə başa çatmışdır. Qazaxda yerli “Göyəzən”lə ölkə çempionatının lideri “İnter” komandası arasında oyun isə 1:1 hesabı ilə nəticələnmişdir.
Digər oyunlarda aşağıdakı komandalar qarşılaşacaqlar: “Turan” (Tovuz) - “Göygöl” (Xanlar), “Qarabağ” (Ağdam) - “Xəzər-2” (Lənkəran), “Bakı” - “Olimpik”, “Bakılı” - “MKT-Araz” (İmişli), “Xəzər-Lənkəran” - “Şahdağ” (Qusar), Karvan” (Yevlax) - “Gəncə”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]