İDMAN
ÖLKƏ VOLEYBOL ÇEMPİONATININ ÜÇÜNCÜTURU BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, kişi komandaları arasında yüksək liqa üzrə ölkə voleybol çempionatının ikinci dövrəsinin üçüncü turunun oyunları olmuşdur.
İki qrupda 7 komandanın mübarizə apardığı görüşlər Bakı və Şəki şəhərlərində keçirilmişdir.
Bakıda A qrupunun oyunları belə nəticələnmişdir: “Azərneft-1”–“Xan” (Masallı) 3:0, “Azərneft-2”-“Xan” 3:0, “Azərneft-1”–“Azərneft-2” 3:0.
Soyuq hava şəraiti ilə əlaqədar “Naxçıvan” voleybolçuları bu turda iştirak etməmişlər.
Şəki Olimpiya Kompleksində keçirilən B qrupu görüşlərində isə Bakının “Metro” klubu “Rabitə” (Bakı) və yerli “İpəkçi” komandalarını 3:0 hesabı ilə məğlub etmişdir. “İpəkçi”–“Rabitə” oyunu isə ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdır.
Növbəti turun oyunları fevralın sonlarında keçiriləcəkdir.