MƏDƏNİYYƏT


“ÖLÜLƏR”İN İKİNCİ SƏHNƏ HƏYATI

Azərbaycan Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər “ pyesinin xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun yeni quruluşunda tamaşasına baxış keçirilmişdir.

Teatrdan AZƏRTAC-a bildirmişlər ki, bu pyes Milli Dram Teatrında ilk dəfə görkəmli rejissor Tofiq Kazımov tərəfindən ötən əsrin 60-cı illərində səhnəyə qoyulmuşdur. Yeni quruluşda da tamaşanın süjet xətti saxlanılmışdır. Amma dövrlə bağlı hadisələrə münasibət bir qədər fərqlidir. Təbiidir ki, aktyorlar da əvvəlkilər deyillər. Baş rolları xalq artisti Əliabbas Qədirov (Şeyx Nəsrullah), əməkdar artistlər Cəfər Namiq Kamal (Şeyx Əhməd), Sabir Məmmədov (İsgəndər) və başqaları oynayırlar.

Tamaşanı hazırlayarkən rejissor “Ölülər”in əlyazmasını yenidən vərəqləmiş, müəllifin ən adi qeydlərini belə nəzərdən qaçırmamışdır.

Aktyorların, mədəniyyət xadimlərinin, teatrşünasların iştirakı ilə baxış müvəffəqiyyətlə keçmişdir.

Martın 3-də tamaşanın premyerası olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.