MƏDƏNİYYƏT


“ÖLÜLƏR” KOMEDİYASI YENİ QURULUŞDA

Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasının yeni traktovkada səhnələşdirilməsinə başlanmışdır.

Əsərin qurluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni traktovkada ölünün dirilməsinə məhz xalqın inamı amili əsas götürülmüşdür. İslam dininin qüdrəti və əzəməti də elə bu inamdadır. Yəni dünyasını dəyişmiş insanın ruhu yaşayır və o hər zaman bizimlədir. Aktyorların əsas məqsədi də tamaşada həmin inamdan doğan faciəni canlandırmaqdır.

Səhnə əsərinin bədii tərtibatçısı Dövlət mükafatı laureatı, əməkdar rəssam Nazim Bəykişiyev, musiqi tərtibatçısı Samir Fərzəlibəyovdur.

Əsas rollarda xalq artistləri Əliabbas Qədirov, Yaşar Nuri, Hacı İsmayılov, Zərnigar Ağakişiyeva, əməkdar artistlər Rəfael Dadaşov, Sevil Xəlilova və başqaları oynayacaqlar.

“Ölülər” tamaşasının premyerası mart ayında olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.