SİYASƏT


OMBUDSMANIN CƏMİYYƏTDƏKİ ROLU MÜZAKİRƏ EDİLMİŞDİR

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in demokratik qurumlar və İnsan hüquqları təşkilatının eksperti Berri Kralj, Polşanın Hüquqi Maarifləndirmə Assosiasiyasının sədri Monika Platek və London Kral Kolleci hüquqşünaslar məktəbinin təmsilçisi Per Kolliander ilə görüşmüşdür.

Qonaqlar bir sıra suallarla müvəkkilə müraciət etmişlər. Onları əsasən ombudsman təsisatının fəaliyyəti, müvəkkilin səlahiyyətləri, aparatın strukturu, ölkədə penitensiar sistemin və məhbusların vəziyyəti maraqlandırmışdır.

Ombudsman bildirmişdir ki, son vaxtlar Azərbaycanın penitensiar sistemində mühüm islahatlar aparılmış, bu müəssisələrin çoxu Avropa standartlarına uyğunlaşdırılmaqdadır. Lakin azadlıqdan məhrum olunmuş şəxslərin hüquqi maarifləndirmə işinin təkmilləşdirilməsinə hələ də ehtiyac vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.