SİYASƏT
OMBUDSMAN APARATINDA XOCALI SOYQIRIMININ 11-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU
Fevralın 20-də Azərbaycan Respublıkasının insan hüquqları üzrə müvəkkilinın (Ombudsmanın) aparatında Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Aparatın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ombudsman Elmira Süleymanova ötən əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş bəyanatı oxudu. Bildirdi ki, tədbiri keçirməkdən məqsəd Xocalı şəhidlərinin xatirəsini anmaq, dəhşətli faciəni törədən cinayətkarların cəzalandırılması barədə BMT-nın baş katibinə, BMT-nin insan hüquqları və qaçqınlar üzrə ali komissarlarına, Avropa Şurasının baş katibinə, AŞ-in insan hüquqları üzrə komissarına, ATƏT-ə ünvanlanmış bəyanatı səsləndirmək, həmçinin bu məsələdə ümummilli səyləri birləşdirməkdir.
Konfransın sonunda E.Süleymanova jurnalistlərin suallarına cavab vermişdir.