SİYASƏT
OMBUDSMAN AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏKDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının qorunması məqsədi ilə Avropa Məhkəməsinə (AM) müraciət edəcəkdir.
Ombudsman Elmira Süleymanova demişdir ki, respublikada fəaliyyət göstərən hüquq müdafiə təşkilatları müxtəlif xarici qurumlarla işləyə-işləyə, məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi ilə bağlı indiyədək heç bir beynəlxalq instansiyaya müraciət etməmişdir. Ona görə də bu günə qədər beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmayıblar. Ombudsman institutu məcburi köçkünlərin probleminin ümummilli məsələ olduğunu nəzərə alaraq Avropa Məhkəməsinə müraciət etməyi qərara almışdır.