SİYASƏT
OMBUDSMAN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ OLMUŞDUR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ona ünvanlanmış şikayət ərizələrini araşdırmaq məqsədi ilə 10 nömrəli cəzaçəkmə müəssisəsində olmuş, məhkumlarla görüşmüşdür. O, ombudsmana müraciət etmiş məhkumlarla təkbətək görüşmüş, onların problemləri, saxlanma şəraiti ilə maraqlanmışdır. Bəzi məhkumlar onların əfv olunması ilə bağlı təkliflə ölkə Prezidentinə müraciət etməsini ombudsmandan xahiş etmişlər.
Məhkumlar sosial-məişət şəraitindən şikayətləri olmadığını bildirmişlər.
Görüşdən sonra ombudsman cəzacəkmə müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə söhbət etmiş, onlara tapşırıqlar və tövsiyələr vermişdir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [14:55]
Prezident İlham Əliyev İtaliya xalqına başsağlığı verib
- 23.09.2023 [13:06]