SİYASƏT
OMBUDSMAN MİLLİ MƏCLİSƏ TƏKLİFLƏR GÖNDƏRMİŞDİR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, təkliflər sırasında vətəndaş və siyasi hüquqların təmin olunmasına dair məsələlər mühüm yer tutur. İnzibati xətalar haqqında işlər üzrə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyə şikayət vermək hüququnun təmin edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsində inzibati işlər üzrə qərarlardan kasasiya şikayətinin verilməsi qaydasının müəyyənləşməsi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsaslı dəyişikliklər etməklə vəkillik institutunun təkmilləşdirilməsi, məhkəmələrin səlahiyyətlərinin və nəzarət funksiyalarının artırılması məqsədi ilə “Məhkəmə qərarlarının icrası haqqında” Qanuna və digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin aparılması, hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş müddətlərin qısaldılması, insan alverinin qarşısının alınması üzrə qanunvericilik aktının yaradılmasına dair, habelə bir sıra digər təkliflər də vacibdir.