SİYASƏT


OMBUDSMAN MÜVƏQQƏTİ SAXLANMA TƏCRİDXANALARINA BAXIŞ KEÇİRMİŞDİR

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə Şəkidə olmuşdur.

Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının, habelə Şəki və Mingəçevir şəhər polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına (MST) baxış keçirmişdir. MST-lərə baxış ombudsmanla daxili işlər naziri Ramil Usubov arasında insan hüquqlarının qorunması məsələləri ilə əlaqədar əməkdaşlığın təkmilləşdirilməsi üzrə əldə edilən razılığa əsasən həyata keçirilmişdir. Bu tədbirlərin keçirilməsindən məqsəd insan hüquqlarının etibarlı təmin edilməsi, MST-lərdə polis əməkdaşları tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılanların şəraitinin yoxlanılması, onlara qarşı rəftarda zorakılığa yol verilməməsi, qanunun tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması, polislərin hüquqi cəhətdən maarifləndirilməsidir.

İnsan hüquqları üzrə müvəkkil Şəki şəhərində ətraf səkkiz rayonun daxili işlər orqanlarının əməkdaşları üçün zona seminar-müşavirəsi keçirmişdir.

Ombudsman təsisatın Şəkidəki regional mərkəzinə gəlib, burada şikayətçiləri qəbul etmiş, şəhər bələdiyyəsi sədrinin iştirakı ilə onların ərizələrini araşdırmışdır. Məhkəmədə iddia ərizəsinə baxılmaması, icra hakimiyyətinə müraciətin nəticəsiz qalması, habelə işıq və qazın verilməməsi, digər sosial problemlərlə bağlı şikayətlər yerində araşdırılmış, müvəkkil əlaqədar xidmətlərin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.