OMBUDSMAN UŞAQ TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ OLMUŞDUR

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günü ilə əlaqədar uşaq tərbiyə müəssisəsinə gedərək yetkinlik yaşına çatmayan məhbuslarla görüşmüşdür.

Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova Azərbaycanda uşaq haqlarının qorunmasına və təbliğinə yönəlmiş mühüm işlər həyata keçirilməsi barədə danışmışdır.

Müvəkkil dövlətimizin başçısı İlham Əliyevin uşaqlara və uşaq hüquqlarına olan diqqətindən söz açıb bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Fərman imzalamışdır.

Ombudsman qeyd etmişdir ki, əfv Fərmanına əsasən dörd nəfər yetkinlik yaşına çatmayan məhbus da həmin tərbiyə müəssisəsindən azadlığa buraxılmışdır.

Görüşün sonunda ombudsman məhbuslarla təkbətək söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.