İQTİSADİYYAT


OPEC 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu azaldıb

Bakı, 12 fevral, AZƏRTAC 

OPEC fevral ayı üçün hesabatında 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu 50 min barrel azaldaraq 1,24 milyon barrelə endirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, proqnozun azaldılması Amerika qitəsi, Avropa və Yaxın Şərq ölkələrində iqtisadi artım sürətinin yavaşıması ehtimalı ilə bağlıdır.

Bundan əlavə, OPEC 2019-cu ildə OPEC üzvü olmayan ölkələrin neft təkliflərinin artımı üzrə gündəlik proqnozu ABŞ-ın Meksika körfəzində neft hasilatının artması gözləntilərinə yenidən baxılması hesabına 80 min barrel artıraraq 2,18 milyon barrelə yüksəldib.

Hasilatın artırılması əsas etibarilə ABŞ, Braziliya, Rusiya, Böyük Britaniya, Qazaxıstan və Qanada gözlənilir, lakin Meksika, Kanada, Norveç və İndoneziyada hasilatın nəzərəçarpacaq dərəcədə azalması proqnozlaşdırılır.

Hesabatda deyilir ki, OPEC ölkələri yanvar ayında əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hesabına gündəlik hasilatı 797 min barrel azaldaraq 30,8 milyon barrelə endirib.

Beləliklə, OPEC-in digər mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanında gündəlik hasilat yanvarda 350 min barrel azalaraq 10,2 min barrelə düşüb. BƏƏ-də orta gündəlik hasilat 146 min barrel azalaraq 3,1 milyon barrel təşkil edib. Küveytdə bu göstərici 90 min barrel azalaraq 2,7 milyon barrelə bərabər olub. Lakin Səudiyyə Ərəbistanının özü OPEC-i məlumatlandırıb ki, yanvar ayında onun gündəlik hasilatı 400 min barrel azalıb.

OPEC ölkələri 2019-cu ilin birinci yarısı ərzində gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə “OPEC+” ölkələrinin əldə etdikləri razılaşmalarda iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.