İQTİSADİYYAT


OPEC: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft tələbatı sutkada 2,7 milyon barel artacaq

Bakı, 10 iyun, AZƏRTAC

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin neft tələbatının gündəlik 2 milyon 700 min barel artacağı nəzərdə tutulur.

AZƏRTAC Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) istinadla xəbər verir ki, ilin birinci rübündə ABŞ və Avropada gözləniləndən daha az olan neft tələbatı OECD-yə üzv ölkələrin illik neft tələbatının aşağı istiqamətli dəyişdirilməsinə səbəb oldu. Bununla yanaşı, yeni növ koronavirus epidemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması, Amerika və Avropada aprel ayında dair müsbət göstəricilər, hərəkətliliyin artması və sərhədlərin açılması kimi amillər ilin birinci yarısında yaşanan mənfi inkişafları kompensasiya edərək ilin ikinci yarısında tələbatla bağlı gözləntilərin artmasına səbəb oldu. Bu səbəbdən cari ildə OECD ölkələrinin neft tələbatının gündəlik 2,7 milyon barel artacağı proqnozlaşdırılır.

Cari ildə qlobal neft tələbatındakı artımın çoxunun ABŞ-da formalaşacağı gözlənilir, lakin yenə də bölgənin neft tələbatının COVID-19-dan əvvəlki səviyyəsinə çatmayacağı nəzərdə tutulur. Əsasən Çin və Hindistan hesabına OECD üzvü olmayan ölkələrin neft tələbatının gündəlik 3 milyon 300 min barel artacağı proqnozlaşdırılır. Bu bölgələrdə sağlam bir iqtisadi canlanmanın sənayenin neft istehlakı və neft-kimya məhsullarına olan tələbatını dəstəkləyəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.