İQTİSADİYYAT
OPEC İstanbulda qeyri-rəsmi görüşlər təşkil edəcək
Bakı, 6 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Oktyabrın 9-13-də İstanbulda öz işinə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrin nümayəndələri qeyri-rəsmi görüşlər keçirəcək.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Buterfe məlumat verib. O, neft hasilatının azaldılması istiqamətində müzakirələrin davam etdiriləcəyini deyib. Nazir “qara qızıl”ın hasilatının məhdudlaşdırılmasına dair müqavilənin bir ilə qədər qüvvədə olacağını bildirib.
Dünya Enerji Konqresində qeyri-OPEC ölkələrinin təmsilçiləri də iştirak edəcək.
Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEC-ə üzv olan ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə gündəlik hasilatın 32,5 milyon barrel səviyyəsinədək saxlanılmasına dair razılıq əldə olunub. Görüşdə neft hasilatının 6 aydan 1 ilədək “dondurulması” müzakirə edilib. Yekun qərar isə OPEC-in noyabrda Vyanada keçiriləcək rəsmi toplantısında qəbul olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]