İQTİSADİYYAT


OPEC: Keçən il qlobal neft hasilatı 0,9 faiz azalıb

Bakı, 7 iyun, Nihad Budaqov, AZƏRTAC 

2017-ci ildə qlobal xam neft istehsalı 0,9 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir. Bildirilir ki, qlobal neft hasilatı 2009-cu ildən bəri ilk dəfə 2017-ci ildə gündəlik 701 min barrel (0,9 faiz) azalaraq 74,69 milyon barrel olub.

Ötən il OPEC üzrə neft istehsalı isə 2016-cı illə müqayisədə gündəlik 926 min barrel (2,8 faiz) aşağı düşüb. OPEC-ə daxil olmayan ölkələrdə isə neft hasilatında artım qeydə alınıb.

“2017-ci ildə qlobal neft tələbatı əvvəlki illə müqayisədə orta hesabla 1,7 faiz artaraq gündəlik 97,2 milyon barrel təşkil edib. Buna Asiya və Sakit okean regionunda, xüsusilə Çin və Hindistanda, eləcə də Avropa və Şimali Amerikadakı tələbat artımı təsir göstərib”, - deyə OPEC bildirir.

Hesabata görə, keçən il Afrika və Yaxın Şərqdə neft tələbatı 2016-cı illə müqayisədə gündəlik 100 min barrel artıb. Latın Amerikasında isə neft tələbatı ardıcıl üçüncü ildir ki, azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.