İQTİSADİYYAT


OPEC Konfransının prezidenti: Bu ildə qlobal neft tələbatının sutkada 9,8 milyon barrel azalacağı gözlənilir

Bakı, 1 dekabr, AZƏRTAC

2020-ci ildə qlobal neft tələbatının sutkada 9,8 milyon barrel azalacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar OPEC Nazirlər Şurasının videokonfrans formatında keçirilən 180-ci iclasında deyib.

O bildirib ki, cari il COVID-19 pandemiyasının dramatik şəkildə insan tələfatları və dolanışıqların pisləşməsinə səbəb olduğu böyük çətinliklərlə dolu il kimi qalmaqda davam edir. Pandemiya qlobal iqtisadiyyata və nəticədə dünya enerji bazarlarına görünməmiş şəkildə mənfi təsir göstərir. Neft sənayesindəki şoklar çox böyükdür və bunun ciddi təsirləri gələcək illərdə hiss ediləcək. Pandemiyanın ikinci dalğası və bununla əlaqədar karantin tədbirləri qlobal neft tələbatına mənfi təsir göstərir, nəticədə 2020-ci il üzrə neft tələbatının təxminən gündəlik 9,8 milyon barrel azalacağı gözlənilir. Son günlərdə müxtəlif əczaçılıq şirkətləri təhlükəsiz və təsirli COVID-19 peyvəndinin hazırlanmasında və təsdiqlənməsində müsbət addımlar atdıqları üçün neft bazarı buna müsbət reaksiya göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.