İQTİSADİYYAT


OPEC Konfransının prezidenti: Müvəffəqiyyətli bir qərarın qəbul olunduğunu düşünürəm

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC

Müzakirələr gözləniləndən daha uzun çəkdi. Lakin müvəffəqiyyətli bir qərarın qəbul edildiyini düşünürəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 7-də Vyanada təşkil edilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündən sonra keçirilən mətbuat konfransında OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

“OPEC kartel üzrə sutkalıq neft hasilatının 800 min barrel azaldılmasına qərar verib. OPEC+ ölkələri isə istehsalı gündəlik 400 min barrel azaldacaq. Ümumilikdə OPEC və OPEC+ üzrə neft istehsalı sutkada 1,2 milyon barrel azaldılacaq”, - deyə OPEC Konfransının prezidenti əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.