“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 26-cı iclası keçirilir
AzerTAg.az

Bakı, 3 fevral, AZƏRTAC
OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında 26-cı iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salmanın sədrliyi ilə keçirilən iclasda Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo, OPEC Konfransının prezidenti, Anqolanın mineral ehtiyatlar və neft naziri Diamantino Pedro Azevedo və başqaları iştirak edirlər.
Qeyd edək ki, fevralın 2-də “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) videokonfrans formatında keçirilən 48-ci iclasında neft bazarının şərtləri qiymətləndirilib, inkişaflar və müsbət meyillər araşdırılıb.
Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC JMMC-nin texniki düşüncə mərkəzidir.
Xəbərin mətnində orfoqrafik səhv var