İQTİSADİYYAT


OPEC: Neft tələbatı 2040-cı ildə gündəlik 111,7 milyon barrelə çatacaq

Bakı, 24 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Qlobal neft tələbatı 2040-cı ildə sutkada 111,7 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə “World Oil Outlook” hesabatında deyilir.

“İnkişaf etməkdə olan ölkələrin neft tələbatı gündəlik 66,6 milyon barrelə, Avrasiyada isə sutkada 6,4 milyon barrelə çatacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft tələbatı sutkalıq 38,7 milyon barrelə düşəcək”, - deyə hesabatda bildirilir.

Hesabata görə, 2040-cı ildə OPEC üzrə xam neft istehsalı gündəlik 49,3 milyon barrel olacaq və kartelin qlobal hasilatdakı payı 36 faizə yüksələcək.

Bildirilir ki, qlobal neft tələbatında ən böyük artım nəqliyyat sektorunda qeydə alınacaq. Bu sektorun neftdən istifadəsi 2040-cı ildə gündəlik 47,8 milyon barrelə çatacaq. Növbəti yerlərdə isə aviasiya, sənaye və neft-kimya sektorları gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.