İQTİSADİYYAT


OPEC-in Baş katibi: Cari ilin neft tələbatı baxımından yaxşı il olacağına ümid edirik

OPEC-in Baş katibi: Cari ilin neft tələbatı baxımından yaxşı il olacağına ümid edirik

Bakı, 3 fevral, AZƏRTAC

Xam neft bazarı hazırda geri dönüşə keçib, 2021-ci ilin ümumi tələbat baxımından yaxşı bir il olacağına ümid edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Baş katib COVID-19 pandemiyası dövründə qlobal neft bazarında inamın və tarazlığın bərpasına kömək edən “Əməkdaşlıq Bəyannaməsi”nin (DoC) təsirli rolunu vurğulayıb, DoC-un çoxtərəfli və beynəlxalq dialoq üçün model bir platforma halına gəldiyini qeyd edib.

M.Barkindo DoC çərçivəsində atılan addımların bazarda balanslaşma və sabitləşməni dəstəkləyərək həm istehsalçı, həm də istehlakçı ölkələrə fayda gətirdiyini söyləyib: “Dəqiq bazar monitorinqimiz, müntəzəm məsləhətləşmələrimiz və addım-addım yanaşmamız 2020-ci ilin çətin aylarında çox ehtiyac duyulan dəstək və əminliyin təmin edilməsində mühüm rol oynadı və 2021-ci ildə də bazar üçün öz bəhrəsini verməkdə davam edir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.