İQTİSADİYYAT


“OPEC+” koalisiyası bu həftə istehsal məhdudiyyətlərini yenidən nəzərdən keçirəcək

Bakı, 14 sentyabr, AZƏRTAC 

“OPEC+” koalisiyası bu həftə istehsal məhdudiyyətlərini yenidən nəzərdən keçirəcək.

AZƏRTAC xəbər verir ki, “OPEC+” nazirlərinin cümə axşamı günü müzakirələr aparması gözlənilir.

Toplantısı ərəfəsində birjalarda neftin qiymətində bahalaşma müşahidə olunur. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 39,65 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 37,34 dollara satılır.

Qeyd edək ki, qlobal miqyasda koronavirusa yoluxma hallarının artmasının böyük iqtisadiyyatların davamlı bərpa prosesinə təsiri ilə bağlı narahatlıqların artması fonunda neft qiymətləri iki ay sonra yenidən 40 dollar/barreldən aşağı düşüb.

Xatırladaq ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və məliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.