İQTİSADİYYAT


“OPEC+” nazirlərinin videogörüşü fikir ayrılıqları səbəbindən bu gün davam edəcək

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 4-də başlayan OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü fikir ayrılıqları ilə əlaqədar bu gün də davam edəcək.

AZƏRTAC xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak “Əməkdaşlıq Bəyannaməsi”nin əhəmiyyətini vurğulayıb, 2020-ci ilin qlobal neft bazarı üçün çətin il olduğunu bildiriblər. Həmçinin “Əməkdaşlıq Bəyannaməsi”dən irəli gələn məsələlər üzrə müzakirələr aparılıb. Lakin iclasda neft hasilatının artırılıb-artırılmayacağına dair qərarın verilməsi ilə bağlı danışıqlarında hər hansı konsensus olmayıb və iclas bu günə keçirilib.

Bütün bu proseslər fonunda birjalarda neft qiymətlərində son 2 həftədəki ən böyük azalma qeydə alınıb, ancaq hazırda qiymətlər sabitdir.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin dekabrda keçirilən 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 milyon barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.

Yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4 milyon 564 min barrel, qeyri-OPEC ölkələri isə 2 milyon 636 min barrel azaldacaq. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.