İQTİSADİYYAT
OPEC neft hasilatının azaldılması üzrə sazişə 82 faiz əməl edib
Bakı, 13 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Avqustda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişə 82 faiz əməl edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Hesabata görə, avqustda OPEC-in xam neft istehsalı əvvəlki aya görə gündəlik 210 min barrel azalaraq 32 milyon 670 min barrelə enib. Beləliklə də, OPEC-in neft hasilatı son 5 ayda ilk dəfə azalıb. Bununla da OPEC hasilatın azaldılması üzrə saziş üzrə öhdəliyə əməl etmə səviyyəsini iyuldakı 75 faizdən 82 faizə yüksəldib.
OPEC üzrə neft hasilatının ən çox azalması Liviyada baş verib. Belə ki, Liviyada istehsal gündəlik 140 min barrel azalıb. OPEC-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı isə 30 min barrel azalıb. Keçən ay Nigeriya, Anqola və İranda isə neft istehsalı artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]