İQTİSADİYYAT


OPEC+ ölkələrinin monitorinq komitəsi sazişin müddətinin uzadılmasını tövsiyə edib

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də OPEC və qeyri–OPEC ölkələrinin (OPEC+) Birgə Monitorinq Komitəsi bazarı tarazlaşdırmaq üçün neft hasilatının azaldılması barədə sazişin müddətinin 2018-ci ilin birinci rübündən sonra da uzadılmasını tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində deyib.

O deyib: “Biz hesab edirik ki, hazırda öz öhdəliklərinə tam əməl etməyən ölkələr bu öhdəlikləri yüz faiz yerinə yetirsələr, bu, əlavə səmərə verəcək”.

Bu gün Sankt-Peterburqda Nazirlər Komitəsinin neft hasilatının azaldılması barədə sazişin OPEC+ ölkələri tərəfindən icrasının monitorinqi üzrə iclası keçirilib.

OPEC ölkələri 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Dekabrın 10-da isə OPEC-in üzvü olmayan 11 ölkə, o cümlədən Azərbaycan gündəlik ümumi hasilatın 558 min barrel azaldılması barədə razılığa gəlib. Azərbaycan üçün bu rəqəm 35 min barrel təşkil edib və o, bu öhdəliyi yerinə yetirir. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılığa gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.