İQTİSADİYYAT


“OPEC plus” nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası Əbu-Dabidə keçiriləcək

Bakı, 11 iyul, AZƏRTAC 

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası sentyabrda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat yayıb. Bildirilir ki, yığıncağın Əbu-Dabidə təşkili planlaşdırılır.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.