İQTİSADİYYAT


“OPEC plus” üzrə istehsalın azaldılmasına baxmayaraq, tədarükün artacağı gözlənilir

Bakı, 12 iyul, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və digər əsas istehsalçı dövlətlərin (“OPEC plus”) neft hasilatını növbəti 9 ay ərzində gündəlik 1,2 milyon barrel azaldacağına baxmayaraq, bazarda tədarükün artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.

“OPEK plus” üzrə istehsalın azaldılması qərarına baxmayaraq, tələbatdan artıq neft istehsalının olacağı ilə bağlı proqnozumuz dəyişməyib”, – deyə agentliyin məlumatında bildirilir.

IEA-ya görə, bu ilin birinci yarısında qlobal neft hasilatı tələbatı 0,9 milyon barrel üstələyib: “Bu artım ötən ilin ikinci yarısında müşahidə olunan böyük tədarük artımına əlavə olacaq. Aydındır ki, bazarda müşahidə edilən kiçilmə hələlik bir problem yaratmır. Bazarda balansın yaranması isə daha uzaq gələcəkdə mümkün ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.