İQTİSADİYYAT


“OPEC+” üzrə neft istehsalının sutkada 10 milyon barrel məhdudlaşdırılması razılaşdırılıb

Bakı, 9 aprel, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə “OPEC+” üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəlinib.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, sövdələşmənin mayın 1-dən tətbiq olunacağı bildirilir.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilib.

Xatırladaq ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.