İQTİSADİYYAT


OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin Bakıdakı iclasında hasilatın azaldılması üzrə sazişə sadiqlik müzakirə olunacaq

Əbu-Dabi, 14 yanvar, AZƏRTAC

OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) fevralda Bakıda keçirilməsi nəzərdə tutulan iclasında neft hasilatının azaldılmasına dair sazişə sadiqlik müzakirə olunacaq.

AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin WAM dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib. Nazir qeyd edib ki, görüşdə hasilatın azaldılması üzrə sazişin neft bazarına təsirləri müzakirə olunacaq. Bu da öz növbəsində tələb və təklif arasında tarazlığın təmin olunmasına kömək edəcək.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Bu il yanvarın 1-dən qüvvədə olan və 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib. Yeni qərara əsasən Azərbaycan gündəlik neft hasilatının bu aydan etibarən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.