İQTİSADİYYAT


OPEC və qeyri-OPEC nazirləri neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılmasına dair razılığa gəliblər

Vyana, 7 dekabr, AZƏRTAC

Bu gün Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib. Bununla da OPEC və OPEC+ üzrə neft istehsalı sutkalıq 1,2 milyon barrel azaldılıb. Yekun razılaşma isə 2019-cu ilin ilk rübündə imzalanacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, bu qərar bazara verilən ciddi siqnaldır.

İclasda, həmçinin OPEC və qeyri-OPEC formatında növbəti toplantının gələn ilin aprelində Vyanada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.