İQTİSADİYYAT


OPEC və qeyri-OPEC ölkələri bazardakı tədarük çatışmazlığını kompensasiya edə bilər

Bakı, 28 sentyabr, AZƏRTAC

OPEC və qeyri-OPEC ölkələri bazardakı tədarük çatışmazlığını kompensasiya edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. O deyib: “Neftin qiymətinin 70-80 dollar/barrel səviyyəsində olması məqbuldur. Neft bazarında tədarüklə bağlı çətinlik olarsa OPEC və qeyri-OPEC ölkələr kəsiri bağlayacaq tutuma malikdir”.

Aleksandr Novak OPEC-lə əldə edilən istehsal üzrə razılaşmanın 100 faizinin tərəfdar ölkələr tərəfindən qarşılandığını bildirib. Deyib ki, hazırda neftin qiyməti balanslı şəkildə dəyişir.

Qeyd edək ki, ötən günlərdə “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən bu vaxtadək ilk dəfə 82 dolları keçib. “Qara qızıl”ın qiymətindəki bu sıçrayışa səbəb kimi OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) Əlcəzair görüşündə gündəlik hasilatın 1 milyon barrel artırılması üzrə kvotaya baxılmaması göstərilir.

Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 81,90 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,15 dollara alıcı axtarır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.