İQTİSADİYYAT


“OPEC+”un iclası ərəfəsində neftin qiyməti sabitdir

Bakı, 3 dekabr, AZƏRTAC

“OPEC+”un hasilat məhdudiyyətlərinin müddətini uzadıb-uzatmayacağı ilə bağlı son qərarı verəcəyi iclasından əvvəl neft qiymətləri sabit qalıb.

AZƏRTAC xəbər verir ki, koalisiya daxilində qeyri-müəyyənliklər davam edir, yanvar ayında başlayacaq istehsal artımım təxirə salınıb-salınmayacağı isə hələ də bəlli deyil.

Neft qiymətləri COVID-19-a qarşı peyvəndlə bağlı müsbət inkişafların təsiri ilə keçən həftə son 8 ayın maksimumuna yüksəldikdən sonra “OPEC+” danışıqlarındakı qeyri-müəyyənliklər səbəbindən aşağı düşüb.

Digər tərəfdən Liviya koalisiyada ən çox neft istehsal edən ölkə kimi “OPEC+” daxilində aparılan danışıqlarda ən çox problem yaradan ölkədir.

Gələn ilin əvvəlində istehsalın artırılmasının bazarlarda həddən artıq tədarük bolluğu yaranacağına dair narahatlıqlar fonunda isə prosesin satışların artmasına səbəb olacağı bildirilir. “OPEC+”un yanvar ayında daha çox neft istehsal etməyəcəyi ilə bağlı gözləntilər isə qiymətlərin artmasına səbəb olur.

Qeyd edək ki, OPEC Nazirlər Şurasının noyabrın 30-da keçirilən 180-ci iclasında yanvar ayından etibarən hasilatın gündəlik 2 milyon barrel artırılıb-artırılmaması məsələsi müzakirə olunub. Müzakirələrin başlanğıcında istehsal məhdudiyyətlərinin müddətinin uzadılmasına dair razılığın əldə ediləcəyi düşünülsə də, iclasda gözlənilmədən gərginlik artıb və hətta Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman “OPEC+” panelinin vitse-prezidenti vəzifəsindən istefa verə biləcəyini söyləyib. Nəticədə fikir ayrılıqları səbəbindən iclasda hər hansı bir razılıq əldə olunmayıb.

Dekabrın 1-də keçirilməsi gözlənilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 12-ci videogörüşü isə təxirə salınaraq bu gün təşkil olunacaq. Görüşdə “OPEC+” nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr olacaq. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da müzakirələrdə iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.