MƏDƏNİYYƏT
ORDUBADDA “MOLLA NƏSRƏDDİN”İN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Molla Nəsrəddin” satirik jurnalının 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq, Ordubaddakı Xurşidbanu Natəvan adına mərkəzi kitabxanada “Molla Nəsrəddin-100” sərgisi təşkil edilmişdir.
Sərgidə Həmidə Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim”, Mirzə İbrahimovun “Böyük satira ustası”, Əhməd Hüseynovun “Sənət yanğısı”, Qulam Məmmədlinin “Molla Nəsrəddin”, Cəlil Məmmədquluzadənin latın qrafikası ilə çap olunmuş “Seçilmiş əsərləri”, habelə görkəmli ədibin fəaliyyəti və yaradıcılığı ilə bağlı mətbu yazıları sərgidə nümayiş etdirilir.
Kitabxanadan bildirmişlər ki, adı çəkilən Sərəncamla əlaqədar rayonun mədəniyyət müəssisələrində “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə, eləcə də XX əsrin əvvəllərində çıxmış digər maarifçi mətbuat orqanlarına həsr olunmuş tədbirlər hazırlanıb həyata keçiriləcəkdir.