DÜNYA
ÖTƏN İL AMERİKALILAR 5209 RUSİYALI UŞAĞI ÖVLADLIĞA GÖTÜRMÜŞLƏR
ABŞ-ın Oğulluğa və Qızlığa Götürmə Məsələləri üzrə Milli Şurası (OQGŞ) 2003-cü ildə başqa ölkələrdən övladlığa götürməyə qoyulan məhdudiyyəti ləğv edən və bu məsələlərlə məşğul olan dövlət təşkilatlarında əməkdaşların sayını artıran Çinin mövqeyini humanist addım kimi alqışlamışdır. OQGŞ bu məsələyə Rusiyanın, Qazaxıstanın və bəzi digər postsovet dövlətlərinin də münasibətini kifayət qədər yüksək qiymətləndirir.
OQGŞ bu məsələ ilə əlaqədar, məsələn, Rumıniyada problemlə üzləşmişdir. Bu yaxınlara qədər ABŞ vətəndaşları övladlığa uşaq götürmək üçün müntəzəm surətdə oraya gedirdilər, lakin Buxarest Avropa Birliyinə daxil olmağa hazırlaşarkən bu təcrübəni kəskin surətdə məhdudlaşdırmağa məcbur olmuşdur.
2003-cü ildə Ukraynadan ABŞ-a gətirilən uşaqların sayı təxminən üç dəfə - 1106-dan 702 nəfərədək azalmışdır. Lakin OQGŞ hesab edir ki, bu il həmin göstərici qat-qat yüksək olacaqdır. Bunun da səbəbi odur ki, vizanı ABŞ-ın Kiyevdəki səfirliyinin özü verməyə başlamışdır. Beləliklə, övladlığa uşaq götürmək istəyən valideynlərə bunun üçün Varşavaya getmək lazım gəlmir.