Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ÖZƏLLƏŞDIRILƏN DÖVLƏT MÜƏSSISƏLƏRININ, AQRAR ISLAHATLARI NƏTICƏSINDƏ LƏĞV OLUNMUŞ VƏ IŞĞAL ALTINDA OLAN RAYONLARIN TƏSƏRRÜFAT SUBYEKTLƏRININ BORCLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA DƏYIŞIKLIK EDILMƏSI BARƏDƏ” AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

“Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. Qüvvədə olan qanunvericilik aktlarının “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Öz səlahiyyətləri daxilində “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin;

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı keçmiş borclarının silinməsinin tənzimlənməsi Qaydaları”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 395) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Qaydaların 3.1-ci bəndində, 4.2-ci , 5.1-ci və 5.2-ci bəndlərinin birinci abzaslarında, 2.1.2-ci və 4.1.1-ci yarımbəndlərində “2000-ci il 1 oktyabr tarixinə” sözləri “2003-cü il 1 noyabr tarixinə” sözləri ilə əvəz edilsin;

2.2. Qaydaların 2.1-ci bəndində “çərçivəsində” sözündən sonra “özəlləşdirilmiş,” sözü, 2.1.1-ci yarımbəndində “çərçivəsində” sözündən sonra “özəlləşdirilmiş müəssisələrə onların özəlləşdirilməsinin başa çatması tarixinə,” sözləri, 2.2-ci bəndində “bu müəssisələrin” sözlərindən sonra “özəlləşdirilməsinin başa çatması və ya” sözləri, 3.1-ci bəndində, 4.2-ci və 5.1-ci bəndlərinin birinci abzaslarında, 4.1.1-ci yarımbəndində “2.1.1-ci bəndində göstərilmiş müəssisələrin” sözlərindən sonra “özəlləşdirilməsinin başa çatması və ya” sözləri əlavə edilsin;

2.3. Qaydaların 4.5-ci bəndinin birinci abzasında “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəliklərinin,” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəliklərinin (vergi öhdəliklərinin, dövlətə məxsus səhmlərə görə ödənilən dividendlərin),” sözləri ilə əvəz edilsin.

2.4. Qaydaların 4.5-ci bəndinə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin, ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin:

“Bu Qaydaların 4.1-ci bəndində göstərilən banklara borcların və bu borclara hesablanmış faizlərin silinməsi həmin bankların dövlət büdcəsinə köçürmələr üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında yaranmış öhdəlikləri ödənilməli olan vergilərin hesabına həyata keçirildikdə, müvafiq bankla Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında birgə protokol tərtib edilir və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bank tərəfindən məlumat verilir, göstərilən borclar və faizlər dövlətə məxsus səhmlərə görə ödənilən dividendlərin hesabına həyata keçirildikdə, müvafiq bankla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında birgə protokol tərtib edilir.”.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 dekabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin