DÜNYA
ÖZBƏKİSTANDA BENZİNİN QİYMƏTİ QALXMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Özbəkistanda yanacaq-sürtkü materiallarının qiyməti qalxmışdır. Şəxsi avtomobil sahibləri üçün bu, nəzərəçarpan məbləğdir. Onlar bundan sonra bir litr “AU-76” markalı benzin üçün 275 sum, “AU-93” benzini üçün isə 315 sum ödəməli olacaqlar.
Dövlət idarə və müəssisələrinə aid olan nəqliyyat vasitələri üçün yanacaq-sürtkü materiallarının qiyməti bahalaşmayıbdır.
Özbəkistanın bəzi yerlərində “AU-93” markalı benzinin qıtlığı hiss olunur.
Xatırladırıq ki, Özbəkistanda üç neft emalı zavodu vardır. Xammal qıtlığı ilə bağlı bu zavodlar tam gücü ilə işləmir. Bu da yanacaq qıtlığı və qiymətlərin qalxmasına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]