ELM VƏ TƏHSİL
ÖZBƏKİSTANDA ELMİ İŞLƏRƏ OBYEKTİV RƏY VERİLMƏSİ PROBLEMİ HƏLL EDİLMİŞDİR
Ali Attestasiya Komissiyasına (AAK) göndərilən elmi işlərə obyektiv rəy verilməsi problemini Özbəkistan MDB ölkələri arasında birinci olaraq həll etmişdir.
AAK-ın bir qrup əməkdaşı tərəfindən hazırlanmış kompüter sistemi dissertasiyaların kimə rəyə göndərildiyinin məxfiliyini təmin etməyə imkan verir. Yeni sistemin yaradıcılarına Özbəkistan Dövlət Patent İdarəsində müəlliflik şəhadətnaməsi təqdim olunmuşdur.
Dissertasiyanın mövzusu kompüterə daxil edildikdən sonra o, rəyçini müəyyən alqoritmlə seçir və elmi işi elektron poçtla respublikanın görkəmli alimlərinə - akademiklərə, elmlər doktorlarına rəyə göndərir. Diqqətəlayiq haldır ki, kompüterin qərarına nə AAK-ın əməkdaşları, nə də başqa kimsə müdaxilə edə bilmir. Bundan başqa, elmi işə qiymət verilməsində “tanışlıq” amili istisnadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]