SİYASƏT


ÖZBƏKİSTANDA YAŞAYAN SOYDAŞLARIMIZ XOCALI FACİƏSİ İLƏ BAĞLI ANMA MƏRASİMİ KEÇİRƏCƏKLƏR

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 26-da Özbəkistanın Daşkənd şəhərindəki Heydər Əliyev adına “Azərbaycan Evi”ndə Azərbaycanlıların Milli Mədəni Mərkəzləri Assosiasiyası tərəfindən Xocalı soyqırımı ilə bağlı matəm tədbiri keçiriləcək. İki yüz nəfərə qədər soydaşımızın iştirak edəcəyi gözlənilən mərasimdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və Xocalı soyqırımı barədə məruzələr dinləniləcək, faciəni əks etdirən audio, video materiallar və fotoşəkillər nümayiş etdiriləcəkdir. Anma mərasiminin sonunda isə Xocalı şəhidlərinin ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir.

Bundan əlavə, Səmərqənd şəhərindəki “Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi” və Buxaradakı “Azərbaycan Mədəniyyət Mərkəzi” tərəfindən də Xocalı faciəsinin ildönümü ilə əlaqədar anma mərasimləri keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.