DÜNYA


ÖZBƏKİSTAN PREZİDENTİ KÜVEYTƏ RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR

AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərdə deyilir ki, Özbəkistan Prezidenti İslam Kərimov yanvarın 19-da Küveytə ikigünlük rəsmi səfərə gəlmişdir. Onun Küveyt əmiri şeyx Caber əl-Əhməd əs-Sabah ilə danışıqlarında iki ölkə arasında münasibətlərin perspektivləri müzakirə olunacaqdır.

Özbəkistan nümayəndə heyətinin Küveytə səfəri zamanı altı saziş və müqaivlədən ibarət sənədlər paketinin imzalanacağı gözlənilir. Onların arasında ticarət-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlıq haqqında, sərmayələrin qarşılıqlı surətdə təşviq edilməsi və qorunması, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.