Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA

Hörmətli İslam Əbdüqəniyeviç,

Milli bayram – Müstəqillik günü münasibətilə Sizi və dost Özbəkistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanla Özbəkistan arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq bu gün dövlətlərarası münasibətlərimizin möhkəm əsasını təşkil edir. Əminəm ki, ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsi və möhkəmlənməsi, regional və beynəlxalq qurumlarda qarşılıqlı dəstək xalqlarımızın mənafelərinə, regionda sülh, təhlükəsizlik və sabitlik işinə bundan sonra da xidmət edəcəkdir.

Möhtərəm İslam Əbdüqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq, həmrəylik və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin