Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA 

Hörmətli İslam Əbdüqəniyeviç,

Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Özbəkistan xalqını ürəkdən təbrik edrəm.

Azərbaycan və Özbəkistanı tarixi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ənənənələri bağlayır. İnanıram ki, bu ənənələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi bundan sonra da xalqlarımızın, dövlətlərimizin mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, qardaş Özbəkistan xalqına isə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin