İDMAN
ÖZBƏKİSTAN ÜZGÜÇÜLƏRİ AZƏRBAYCANIN AÇIQ ÇEMPİONATINDA QÜVVƏLƏRİNİ SINAYIRLAR
“Təhsil” Respublika İdman Mərkəzində (“Təhsil” RİM) üzgüçülük üzrə Azərbaycanın açıq çempionatı başlamışdır.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın müxtəlif rayonlarının idman cəmiyyəti və klublarının üzgüçüləri ilə yanaşı, Özbəkistan idmançıları da mübarizə aparırlar.
Çempionatın ilk günü öğlanların 50 metr məsafəyə sərbəst üsulla yarışında “Neftçi” İdman Sağlamlıq Mərkəzinin yetirmələri Nazim Ağayev və Yelena Paşutina birinci yeri tutmuşlar.
Qızların 200 metr məsafəyə brass üsulu ilə yarışında Pekin Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Oksana Hətəmxanova (“Təhsil” RİM) finişə hamıdan tez çatmışdır. Bu məsafə üzrə oğlanlar arasında ən yaxşı nəticəni Ruslan Bolşakov (“Təhsil” RİM) göstərmişdir. “Təhsil” RİM-in daha bir yetirməsi - Elgün Babayev 200 metr məsafəyə batterflay üsulu ilə yarışda birinci olmuşdur.
Nəhayət, qızların 400 metr məsafəyə sərbəst üsulla yarışında Özbəkistan idmançısı Kristina Vodyanitskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Oğlanların bu məsafəyə yarışında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təmsilçisi Səid Həmzəyev qızıl medala sahib olmuşdur. Açıq çempionat iyulun 5-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]