İQTİSADİYYAT
ÖZBƏKİSTAN VƏ CƏNUBİ KOREYA MÜNASİBƏTLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ ÇIXARIRLAR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Cənubi Koreya Prezidenti No Mu Hen və Seula rəsmi səfərə gələn Özbəkistan Prezidenti İslam Kərimov ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması haqqında birgə bəyannamə imzalamışlar.
Prezidentlər ticarət-iqtisadi və sərmayə qoyulması, xüsusən, neft-qaz və neft-kimya sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini, Özbəkistan ərazisində qızıl, sink və uran hasilatına dair birgə layihələri müzakirə etmişlər. Görüşdə Özbəkistanda yaşayan 230 min etnik koreyalıya yardım göstərilməsi məsələsinə də toxunulmuşdur.
Bundan başqa, Seul Daşkəndə iqtisadiyyatın ehtiyacları üçün kredit şəklində və əvəzsiz olaraq 30 milyon dollar verəcəkdir.
Ötən il Özbəkistan və Cənubi Koreya arasında əmtəə dövriyyəsinin həcmi 564 milyon dollardan artıq olmuşdur ki, bu da əvvəlki ildəkindən 38 faiz çoxdur. Özbəkistanda Cənubi Koreya kapitalı ilə 140 müəssisə işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]