Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

O, BİZİ XAOS DİKTATURASINDAN XİLAS ETDİ

Əkrəm ƏYLİSLİ, yazıçı

Sadə və zənnimcə,çox aydın həqiqətdir ki, bu və ya digər dövlətin xarici aləm tərəfindən qavranmasında onun daxilindəki ictimai münasibətlərin nə dərəcədə sağlam olması əsas və həlledici rol oynayır. Dövlətin real qüvvəyə malik olduğunu sübut edən əsas amil də elə ictimai asayisin və siyasi sabitliyin mövcudluğudur. Bunun əksi - yəni, ölkədə ictimai asayişin və siyasi sabitliyin olmaması dövlətin zəifliyini, gücsüzlüyünü, hüquqi simasızlığını və siyasi acizliyini göstərir.

Belə dövlətlər, təbiidir ki, nə kənarda - dünya birliyində layiqli yer tuta bilir, nə də daxildə - xalq arasında hörmət və nüfuz qazana bilir. Elə məhz bu zəifliyi ucbatından da gec-tez xarici siyasi maraqların obyektinə çevrilir- ya sürünərək misgin, acınacaqlı oyuncaq həyatı keçirir, ya da vətəndaş qarşıdurması ilə üzləşərək və öz-özünü daxildən dağıdaraq labüd özünüməhvə doğru gedir.

1993-cü ilin ikinci yarısından etibarən xalqımız ictimai əmin-amanlıq və dinc quruculuq yoluna qədəm qoymuşdur. Bu proses dövlətin gündəlik həyatında ardıcıl və dinamik surətdə inkişaf etməkdədir.

Tez-tez deyirlər: “Vəzirov hakimiyyəti”, “Mütəllibov hakimiyyəti”, “AXC-Musavat hakimiyyəti”. Lakin ölkəmizdə nə Vəzirov, nə Mütəllibov, nə də AXC-Musavat hakimiyyəti olmuşdur. Həmin dövrdə Azərbaycanda əsl adı Xaos olan yalnız bir qüdrətli hakimiyyət at oynadırdı. Nə ağıl-zəkaya, nə məntiqə, nə də insan iradəsinə tabe olan qabağına çıxan hər şeyi viran qoyan dağıdıcı qüvvə - qədim yunan mifologiyasından bizə gəlib çatmış bu sözün mənası, bax, budur. Bunun nə dərəcədə amansız və allahsız diktatura- qanunsuzluq, sərsəmlik hakimiyyəti olduğunu müdrük zəkalar hələ antik dövrlərdə görmüş, bilmiş və bunu gələcək nəsillərə çatdırmağa çalışmışlar.

Lakin bəzi əlamətlərdən, son günlər yenidən səslənən çağırış və süarlardan görünür ki, biz Xaos adlanan bu bədheybətin nə olduğunu hələ axıradək dərk etməmişik. Həm də lazımi nəticələr çıxarmamışıq. Yoxsa, ölkənin ab-havasından yenə barıt iyi və yalançı qəhrəmanlıq qoxusu gəlməsini başqa cür necə izah etmək olar? Qəribədir, elə özlərinin yaratdıqları Xaosdan xilas etməyə çağıran adamlar, doğrudanmı, yenidən hakimiyyətə gəldikdən sonra bundan yaxa qurtara biləcəklərini güman edirlər. Maraqlıdır, onlar hansı obyektiv əsaslara söykənirlər?

Maraqlıdır, xalqı “işıqlı gələcəyə” aparan resepti onlar yenə haradan tapıblar?

Bəlkə, xalq heç onların təklif etdikləri “işıqlı gələcəyi” istəmir?

Bəlkə, “işıqlı gələcək” vəd edənlərin siması xalqın təsəvvüründə heç də işıqlı yox, əksinə, qapqaradır?

Biz çətin məişət qayğıları içərisində olsaq da, yaddaşımızı itirməmişik və hələ də heç nəyi unutmamışıq. Biz dünənki günümüzü də beləcə aydın xatırlayırıq. Hərənin cibində bir tapança, hərənin çiynində bir avtomat vardı. Sözdə, bu silahlar düşmənə qarşı lazım idi. Əslində isə insanları qorxu içində və itaətdə saxlamağa xidmət edirdi. Həmin dövrdə ölkədə çevriliş etmək pişiyi ağacdan yerə salmaqdan asan idi...

Xaosun sarsılmazlığına inam günü-gündən güclənirdi. İş o yerə gəlib çatırdı ki, hətta insan Xeyirlə Şəri bir-birindən ayırmaqda açızlik çəkirdi. Nə gizlədim, Azərbaycan xalqının bu məhvedici Xaosun caynaqlarından yaxa qurtaracağına, bəzən mən də ümidimi itirdim. Bəlkə, elə Heydər Əliyevin özü də 1993-cü ilin iyununda Milli Məclisin iclasına ilk dəfə sədrlik edərkən vəziyyətin öhdəsindən gələ biləcəyinə tam əmin deyildi. Bəlkə də, ümumiyyətlə, əmin deyildi. Hər halda, elə həmin Milli Məclisin simasında bütün Azərbaycan cəmiyyətini bürümüş içtimai vəbanın əlamətləri göz qabağında idi. Bunu görə-görə, vəziyyətin düzələcəyinə ümid bəsləmək, əlbəttə, cətin idi. Lakin məlum oldu ki, bu vəbanın mikrobları məhz orada, Milli Məclisdə oturanlar imiş. Onların xalqdan ayrılması, sonradan məlum olduğu kimi, Allahın bizə rəhmi idi. Ancaq biz bunu sonralar, Xaosun sarsılmazlığı haqqında əfsanə sürətlə, yalnız bir adamın əli ilə dağılmağa başlayanda dərk etdik.

Heydər Əliyevin buna necə nail ola bilməsi ayrıca söhbətin mövzusudur. Mühüm olan başqa məsələdir: O, Azərbaycanı Xaosun dəhşətlərindən xilas etdi. Bu isə ölkənin tarixinə əbədi yazılmış əsl qəhrəmanlıq nümunəsidir.

Əminəm ki, heç bir sağlam düşüncəli adam, heç bir normal siyasətçi bu faktı, sadəcə olaraq, dana bilməz. Heydər Əliyevin “siyasi rəqibləri” də məhz bu məsələnin üstündən sükutla keçir, bununla da, labüd surətdə siyasi niyyətlərinin təmizliyinə ciddi şübhələr doğururlar. Heydər Əliyevin istefası barədə daxili müxalifətin israrlı tələblərinə gəldikdə isə, bunlar adamı lap təngə gətirir. Təsəvvür edin ki, biri uçmaqda olan evdən güclə canını xilas edir, digəri isə bütün həyatını qoyub həmin evi bərpa edir, sonra, birincisi qayıdıb ona çox sağ ol əvəzinə, “Xoş gəldin, indi çıxıb gedə bilərsən, çünki bu gecə yuxuda görmüşəm ki, bu evdə indi mən yaşamalıyam”-deyir.

Baş tutmaz. Əminəm ki, baş tutmayacaq. İlk növbədə, ona görə ki, təkcə Azərbaycanda deyil, həm də bütün dünyada yaxşı başa düşürlər ki, bu gün ölkədə həyat normasına çevrilmiş siyasi sabitliyin yaradıcısı Heydər Əliyevdir. Bu sabitliyin qorunub saxlanmasının təminatçısı da, həmişə olduğu kimi, elə odur. Bu sadə və aydın həqiqətin hamı tərəfindən qəbul edilməsi belə lüzumsuz siyasi qarşıdurmaya son qoymaqla yanaşı, Azərbaycan xalqının artıq əldə etdiyi demokratik dövlət quruculuğu təcrübəsinin inkişafı üçün normal səraitin yaradılmasına da kömək edərdi.

Azərbaycanın sabit, sivil, demokratik, iqtisadi cəhətdən sürətlə inkişaf edən bir dövlət kimi dünya birliyi tərəfindən günü-gündən daha yaxşı tanınmasını görməmək və layiqincə qiymətləndirməmək olmaz. Xüsusən də, bizi bu günümüzə gətirən yolun haradan, hansı uçurumdan başlandığını xatırlayanda.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB