Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

O öz evinə gedəcək...Onun bütün həyatı orada qalıb

O öz evinə gedəcək...Onun bütün həyatı orada qalıb

Bakı, 1 mart, AZƏRTAC

İşgaldan azad edilmiş Dağlıq Qarabağa getməyə müvəffəq olmuş çatmağa əcnəbi jurnalistlər çox deyil. Onlardan biri - Xorvatiyada çıxan “Veçerniy list” qəzetinin müxbiri Həsən Heydər Diab çox səmimi bir məqalə yazıb və məqaləyə sənədli fotoşəkillər əlavə edib.

AZƏRTAC xəbər verir ki, məqalədə deyilir: “Dağlıq Qarabağda Ermənistan və Azərbaycan orduları arasında müharibə cəmi 44 gün davam etdi, lakin bu, çox şiddətli savaş oldu – hər iki tərəf ağır itkilərə məruz qaldı. Dinc sakinlər arasında tələfat nisbətən az olub, çünki müharibə mülki əhalinin olmadığı yerdə gedirdi. Azərbaycan tərəfdən təqribən 100 dinc sakin, ermənilər tərəfdən 50-yə yaxın mülki şəxs həlak olub. Müharibə ildırım sürəti ilə başlandı, lakin 1992-ci ildə başlanmış birinci müharibə ilə müqayisədə hər iki tərəfdən mülki əhali arasında tələfat xeyli az oldu. O vaxt hər iki tərəfdən dinc sakinlər arasında böyük tələfat olmuşdu. Azərbaycanlılar həmin ilin fevral ayında Xocalıda baş vermiş qırğını daim ürəkağrısı ilə xatırlayırlar. O vaxt ermənilər Xocalının yüzlərlə sakinini – uşaqları, qadınları və qocaları vəhşicəsinə qətlə yetiriblər.

Lakin bu sonuncu müharibədə də qəddarlıq olub. Ermənilər sovet dövrünün istehsalı olan “Skad” və “Toçka U” ballistik raketlərindən istifadə etməklə Azərbaycanın Gəncə şəhərinə, habelə “VM-30 SMERÇ” çoxlüləli raket kompleksindən istifadə etməklə Bərdə şəhərinə hücum edərək onlarca dinc sakinin həyatına son qoyublar. Beynəlxalq konvensiyaya görə, “SMERÇ” sistemindən istifadə edilməsi qadağandır, çünki bu silah canlı qüvvənin kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulan kasetli bombalardan ibarətdir, Bərdə və Gəncə şəhərləri isə cəbhə xəttindən təqribən yüz kilometr uzaqda yerləşir. Ona görə də bu şəhərlərə hücumlar beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən pislənilib. Münaqişə dövründə Ermənistan Azərbaycanın Mingəçevir şəhərinə də hücum edib, yaxınlıqda yerləşən, Cənubi Qafqazda ən böyük su anbarını dağıdacaqları ilə hədələyiblər. Bu, miqyasına görə misilsiz fəlakətə səbəb ola bilərdi. Xoşbəxtlikdən onların bu niyyəti baş tutmadı.

“Veçerniy list” qəzetinin müxbiri 44 günlük müharibənin gedişində Azərbaycan Ordusu tərəfindən azad edilmiş Dağlıq Qarabağın Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında vəziyyətlə tanış olmaq üçün Azərbaycan və Ermənistan orduları arasında şiddətli toqquşmaların baş verdiyi regiona səfər etmiş ilk əcnəbi jurnalist kimi səfər təəssüratlarını bölüşür.

... Biz bu səfərə icazə almaq üçün bir neçə ay gözləməli olduq, çünki həmin rayon hələ də hərbi zona sayılır. Ermənilər geri çəkilməzdən əvvəl orada çoxlu sayda partladıcı qurğu qoyub gediblər, ona görə də bu zonada hərəkət məhdudlaşdırılıb.

Bütün zəruri sənədləri alandan sonra səhər tezdən paytaxt Bakıdan yola düşdük. Bizə dəfələrlə deyirdilər ki, ehtiyatlı olmaq, yalnız polisin arxasınca hərəkət etmək lazımdır, çünki bu rayonlar işğaldan azad ediləndən sonra öz evlərinə baxmağa gələn çox adam oradakı minalardan zərər çəkib.

Axşama yaxın Beyləqan şəhərinə çatdıq. Bütün zəruri sənədlərimiz qaydasında olmasına baxmayaraq, döyüş əməliyyatları zonasına sonuncu giriş məntəqəsi olan Horadiz şəhərində ordu-polis blokpostunda təqribən iki saat gözlədik. Biz gözləyirdik ki, qarşıdakı yolboyu ərazinin təhlükəsizliyini yoxlasınlar.

Nəhayət, polis patrulu qayıtdı və biz Füzuli şəhərinə tərəf yola düşdük. Münaqişə meydanı olmuş əraziyə daxil olandan sonra bir neçə kilometr getdik və orada baş vermiş intensiv döyüş əməliyyatlarının aşkar izlərini gördük. Düzdür, artıq atışma yox idi və bütün bu müddətdə bizi polis müşayiət edirdi, amma etiraf etməliyəm ki, çox bərk qorxu və vahimə hissi keçirirdim, hərçənd bundan əvvəl Suriyada, İraqda, Liviyada, Livanda, daha neçə yerdə döyüş meydanlarını görmüşdüm.

...Ermənistan-Azərbaycan müharibəsində həqiqi mənada torpaq yanıb. Burada viran edilmiş evlərdən başqa heç nə qalmayıb - nə ağac, nə ot. Hətta indiyə qədər gördüyüm döyüş meydanlarının əksəriyyətində gəzib dolaşan heyvanlar da burada gözə dəymirdi. Yalnız ərazini minalardan təmizləyən əsgərləri görürdük. Bu, asan məsələ deyil, çünki demək olar bütün ərazi minalanıb. Minaları təmizləməklə məşğul olan Əziz adlı əsgər bir qədər dincəlmək üçün yolun kənarında dayanmışdı. O mənə dedi ki, bu iş çox çətin və təhlükəlidir.

-Minaların harada olduğunu bilmirik, əlimizdə heç bir xəritə yoxdur və hər bir addımımız sonuncu ola bilər, - deyən Əziz mənim haradan gəldiyimlə maraqlandı.

-Xorvatiyadanam, - dedim.

-Belə de... Onda siz nə üçün təəccüblənirsiniz? Axı sizdə də müharibə olub və güman edirəm ki, sizdə minalar daha çox olub.

-Mən təəccüblənmirəm. Sadəcə, soruşuram. Burada təqribən neçə mina olar?

-Kim bilir, milyonlarla, bəlkə də milyardlarla. Baxın, bu sahə necə böyükdür.

-Bu ərazinin minalardan təmizlənməsinə nə qədər vaxt gedər, insanlar buraya nə vaxt qayıda bilər?

-Onu Allah bilir! Biz adamları buraya buraxmırıq. Ona görə ki, öz evlərindən qovulmuş və işğaldan sonra öz evlərinin necə yerlə-yeksan edildiyini, əmlakının dağılmasını görmək üçün buraya tələsən adamlar arasında həlak olanlar, təəssüf ki, çoxdur... Ona görə ordumuz, insanların təhlükəsizliyi xatirinə, indi bu rayona daxil olmağı qadağan edib.

-Gənclər gəlirmi?

-Gəlirlər, lakin əsasən qocalar gəlir. Bu günlərdə blokposta getmişdim, minatəmizləmə zonasına daxil olmazdan əvvəl balaca uşaq kimi ağladım. Düzdür, mən əsgərəm və çox şeyə vərdiş etmişəm, amma göz yaşlarımı saxlaya bilmədim. Xəstə, can üstündə olan bir qoca gəlmişdi. O, əsgərlərə və polisə yalvarırdı ki, ölümündən əvvəl bir daha öz evini görməyə icazə versinlər, hərçənd evinin yanıb kül olduğunu bilirdi. Mən polisdən onu buraxmasını xahiş etdim və qocanı onun evi olan yerə apardım. Biz oraya çatanda qoca ağladı və mənə dedi ki, ölümündən əvvəl bu külə donmuş evinin qalıqlarını bir daha gördüyü üçün sevincindən ağlayır, çünki orada doğulub, onun bütün həyatı orada qalıb!

Əzizlə təkcə müharibə barədə deyil, futbol haqqında, Luka Modriç, İvan Rakitiç və Azərbaycan yığmasının keçmiş selektoru Nikola Yurkeviç barədə də söhbət etdık. Sonra biz ona, o da bizə uğurlar arzulayıb sağollaşdıq və biz yolumuza davam etdik. Hara getsək, hansı tərəfə dönsək, eyni mənzərə idi. Evlər sökülüb, dağıdılıb, yandırılıb külə döndərilib, evlərin ətrafında isə minalar barədə xəbərdarlıq lövhələri vurulub.

Burada hətta ölüləri də rahat qoymayıblar. İndiyə qədər döyüş əməliyyatları zonalarında, hətta keçmiş Yuqoslaviyada da məzarların təhqir edilməsi hallarını az görmüşəm, hərçənd belə insidentlər olub. Dağlıq Qarabağda isə məzarları dağıdıb, cəsədləri parçalayıb ətrafa səpələyiblər. Məzarların ətrafında insan sümüklərini, kəllələri, dişləri görmək dəhşətdir...

Müsəlmanlar öz ölülərini yalnız kəfənləyib basdırırlar. Amma bizi müşayiət edən azərbaycanlı bələdçilər söylədilər ki, erməni əsgərlər azərbaycanlıların meyitlərini məzarlardan çıxarıb onların ağızlarında qızıl diş axtarırlar. Onlar meyitləri məzardan çıxarmaqla çox böyük günah edirlər... Bu mənzərə məni şoka saldı. Bu sümüklərə baxdıqca fikirləşirdim: XXI əsrdə bu, ağlasığmazdır. Mənim rəngim qaçmışdı, Erkin adlı bələdçi məndən soruşdu ki, halım necədir, bəlkə qayıdaq, çünki qarşıda daha dəhşətli mənzərələr görəcəyik. Biz yolumuza davam etdik.

Bütün bu xarabalıqlar arasında yığma evlərdən ibarət təzə tikililər gördük. Erkinə müraciətlə təəccüblə soruşdum ki, bu evlər necə salamat qalıb?

Erkin dedi:

-Ermənilər bu evləri Livandan, Suriyadan, ABŞ-dan, Avropa İttifaqı ölkələrindən olan erməni diasporunun nümayəndələri üçün tikiblər. Onların məqsədi burada etnik balansı dəyişməkdir. Amma fikir verin, bu evlərin nə pəncərələri var, nə qapıları. Çünki ermənilər geri çəkilib qaçmağa başlayanda bu evlərin hamısının qapı-pəncərələrini söküb aparıblar.

Saat yarımdan sonra Füzuli şəhərinə çatdıq. 1993-cü il avqustun 23-də bu şəhər erməni qoşunları tərəfindən işğal edilənə qədər orada 17.090 sakin yaşayırdı. Sonradan yerli azərbaycanlı əhali buradan qovuldu və Füzuli kabus-şəhərə çevrildi. O, tamamilə dağıdılıb və minalanıb.

Cənubi Qafqazda ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağa nəzarət uğrunda müharibə 30 ilə yaxındır ki, davam edir. Rəsmən Azərbaycanın tərkib hissəsi olan, lakin ermənilərin “Arsax respublikası” elan etdiyi Dağlıq Qarabağ məsələsinin həlli təkcə Cənubi Qafqaz üçün deyil, bütün beynəlxalq birlik üçün son dərəcə vacibdir.

Dağlıq Qarabağ ərazisi ilə irəlilədikcə daxillimdəki qorxu və inamsızlıq hissi artırdı. Cəbrayıla gedən yol daha çətin və mürəkkəb idi, çünki bütün körpülərin minalanmış və dağıdılmış olmasını nəzərə alaraq kəndarası yollarla gedirdik. Burada erməni ordusuna məxsus olmuş, vurulub sıradan çıxarılmış tankları və zirehli transportyorları, ətrafa səpələnmiş hərbi geyimləri və zirehli jiletləri, onların üstünə yazılmış əsgər adlarını və soyadlarını gördük. Mənə bələdçilik edən, özü də döyüşlərdə iştirak etmiş Erkin izah etdi ki, bütün bu maşınlar, tanklar və zirehli texnika dronlarla vurulub.

O dedi:

-Burada klassik müharibə olmayıb. Bu, spesifik müharibə idi. Görürsünüzmü, ərazinin relyefi çox mürəkkəbdir, burada əsasən dronlardan istifadə edilib. Başa düşürsünüz, açıq məkandır, sığınacaq yoxdur. Ermənilər isə Azərbaycan Ordusunun əməliyyatının belə ildırımsürətli olacağına inanmırdılar. Yadımdadır müharibə başlanmazdan əvvəl Ermənistan ordusunun komandanı demişdi: “Əgər azərbaycanlılar bizə qarşı gəlsələr, bu dəfə biz Bakıya qədər gedəcəyik”. Onlar bizim qüvvəmizi lazımınca qiymətləndirmirdilər, biz isə ərazilərimizi işğaldan azad etməyə 26 il hazırlaşmışıq. Düzdür, onların tankları və zirehli transportyorları Bakıya çatdı, lakin hərbi qənimət kimi çatdı. Yaxın vaxtlarda biz Xəzər dənizində muzey açacağıq, həmin muzeyə gələnlər orada erməni əsgərlər müharibədə dabanlarına tüpürüb qaçdıqları vaxtda bizim ələ keçirdiyimiz onlarca erməni tankına tamaşa edə biləcəklər.

-Ola bilərmi ki, indi onlar bizim üstümüzə dron göndərsinlər? – deyə Erkindən soruşuram.

-Narahat olmayın, hər şey nəzarət altındadır, hərçənd müharibədə hər an hər şey ola bilər. Ermənilər atəşkəs haqqında sazişi dəfələrlə pozub, bizim əsgərlərə hücum ediblər. Onlardan nə desən gözləmək olar. Gəlin qaranlıq düşənə qədər yolumuza davam edək, çünki qarşıda yolumuz hələ uzundur.

Cəbrayıl şəhərinin girəcəyindəki hərbi blokpostda nəzarətdən keçməli olduq, hərçənd bizim gəlməyimiz barədə məlumat verilmişdi və bizi polis eskortu müşayiət edirdi. Birinci Qarabağ müharibəsi zamanı erməni qoşunları tərəfindən işğal ediləndən sonra baxımsız qalmış Cəbrayıl da kabus-şəhərə çevrilib. Cəbrayıldan bizim səfərimizin son təyinat məntəqəsinə - Qubadlı şəhərinə yola düşdük. Artıq hava qaralırdı və təhlükəsizlik mülahizələrinə görə bu ərazini qaranlıq düşənə qədər tərk etməli idik.

Qubadlının girəcəyində mən Dəməşq şəhəri ətrafında yerləşən Şərqi Quta məntəqəsini xatırladım. Suriya ordusunun Şərqi Qutanı cihad qruplarından azad etmək üçün apardığı şiddətli əlbəyaxa döyüşlər zamanı hər iki tərəfdən böyük itkilər olmuşdu.

Azərbaycanın inzibati rayonu olan Qubadlı zəngin yeraltı resurslara və əfsanəvi təbiət gözəlliklərinə malik Zəngəzur regionu ilə Dağlıq Qarabağ dağ silsiləsi arasında yerləşir. 1993-cü ildə, Dağlıq Qarabağdakı birinci müharibə dövründə bu rayon qondarma “Arsax respublikası”nın nəzarətinə keçib. Ötən il müharibə dövründə, 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı rayonu üzərində, o cümlədən Qubadlı şəhəri üzərində nəzarəti bərpa ediblər.

Bizim bələdçimiz, Erkin adlı əsgər də Qubadlının azad olunmasında iştirak edib. Buna görə də Erkin orada baş verən döyüşlər barədə bizə danışır. O, hər ev uğrunda, hər talvar uğrunda necə vuruşduqlarını təsvir edir.

-Əgər mən bu müharibədən salamat çıxmışamsa, o halda mütləq daha 100 il yaşayacağam, çünki bu müharibə 7 cana sahib olan insanlar üçün idi. Dağlıq Qarabağın digər şəhərlərindən fərqli olaraq, Qubadlı özünəməxsus idi, çünki orada Livan, Suriya, İraq, ABŞ, Avropa İttifaqı ölkələrindən olan ermənilərin sayı çox idi, onlar cəmləşərək bu rayonda yaşayırdılar. Biz şəhəri qismən ələ keçirəndə, onlar geri çəkilir, yaşadıqları evlərə od vurub yandırırdılar. Çünki onlar özgələrin evində, azərbaycanlıların evində yaşayırdılar. Mən ümid edirəm ki, burada daha müharibələr baş verməyəcək və nəhayət, sülh bərqərar olacaq, çünki heç kim müharibəni xoşlamır və heç kim ölmək istəmir. Mən vətənpərvərəm və mən öz Vətənimi müdafiə etməyə atıldım. Mənim dostlarımdan çoxu həlak olub.

2020-ci il noyabrın 10-a keçən gecə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri atəşkəs haqqında Bəyanatı imzalayandan sonra azərbaycanlılar regionda sülhün bərqərar olacağına ümid edirlər. Bu Bəyanat işğal altındakı rayonlarını – Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdamı 26 ildən sonra özünə qaytaran Azərbaycanın Qələbəsini təsdiqləyir. İcrasına Rusiya ordusunun nəzarət etdiyi Bəyanata müvafiq olaraq, Ermənistan SSRİ-nin süqutundan sonra işğal etdiyi Dağlıq Qarabağın bütün yerdə qalan ərazilərindən çıxmalıdır.

Dağlıq Qarabağa səfər missiyamı başa çatdırandan sonra mən etiraf etməliyəm ki, onların cənnət adlandırdıqları Bakıya qayıtdıqda rahatlıq hiss etdim. Dağlıq Qarabağda müharibənin izlərini - o dəhşətli mənzərələri görəndən sonra özünə sual verirsən: əgər sülh şəraitində yaşamaq mümkündürsə, o halda bu qətllər, əzab-əziyyətlər nəyə lazımdır? Doğrudur, mənim daha əvvəl keçdiyim çoxsaylı döyüş meydanlarında gördüyüm atışmalar Dağlıq Qarabağda yox idi, amma bununla belə, orada gördüyüm səhnələri hələ uzun müddət unuda bilməyəcəyəm.

... Əslən Qubadlı rayonundan olan 40 yaşlı Elməddin Nuriyev də xüsusi icazə ilə bizimlə getmişdi. Elməddinin kəndi ermənilər tərəfindən işğal ediləndən sonra ilk dəfə Vətəninə gedirdi. Elməddinin ailəsi doğma ocaqlarını tərk etdikləri zaman o uşaq idi. 400 kilometrdən artıq yol boyunca o susdu. O, nəyi tapacağını, evlərinin hansı halda olacağını təxmin edirdi. 27 illik uzun ayrılıqdan sonra doğma kəndinə qayıtmağına görə yenə özünü xoşbəxt sayırdı.

-1993-cü ilin avqustunda biz Saray kəndindən getmək məcburiyyətində qalanda mənim 12 yaşım vardı. Böyüklər bizə yaxınlaşıb deyəndə ki, biz dərhal getməliyik, mən qardaşlarımla çayda çimirdim. Biz kəndi elə tez tərk etdik ki, özümüzlə heç nə götürməyə macal tapmadıq. Biz canımızı xilas edirdik. Mənim atam elə həmin ilin mayında vəfat etmişdi. Biz onu kəndin yaxınlığındakı qəbiristanlıqda dəfn etmişdik. O vaxtdan mən onun məzarını ziyarət edə bilməmişəm. Biz beş qardaşıq. Kəndimizin küçələri hələ də yadımdadır. Mən həmin yollarla məktəbə gedib-gəlmişəm. Məktəbimiz təzə idi, biz onunla fəxr edirdik. İndi kəndə daxil olanda mən birinci onu gördüm. Məktəbin ancaq divarları qalıb, heç damı da yoxdur. Mən atamın, babamın məzarını və evimizi görməyi səbirsizliklə gözləyirəm. Mən bilirəm ki, yəqin, evdən əsər-əlamət qalmayıb. Lakin o həyətdə sadəcə dayansam belə, yenə özümü xoşbəxt hiss edərəm. Mən şəhər və kəndlərimizin azad olunduğu ilk günlərdə yandırılmış torpaqların əsgərlərimiz tərəfindən çəkilib göstərilən şəkillərini diqqətlə izləyirdim. Ermənilər özlərindən sonra heç nə qoymayıblar. Mən bu təpəyə gedəcəyəm, onun arxasında atamın məzarı yerləşir. Mən hələ də buradakı hər daşı xatırlayıram.

Biz “Saray” sözü yazılan lövhəyə yaxınlaşanda, Elməddin maşını saxlamağımızı xahiş etdi.

O, öz evinə gedəcək. Uşaqlıq xatirələrini qaytarmaq üçün...

Elməddin maşından çıxan kimi göz yaşlarını saxlaya bilmədi. Dizi üstə oturaraq, torpağı öpdü.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur